Qalatasaray bu futbolçu üçün rekord məbləğ təklif etdi

Qalatasaray bu futbolçu üçün rekord məbləğ təklif etdi

Qalatasaray ötən mövsümü icarə əsasında komandada keçirən və göstərdiyi performansla liqada iz qoyan Viktor Osimheni yenidən heyətinə qatmaq üçün əlindən gələni edir.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, sarı-qırmızılıların nigeriyalı hücumçu üçün 50+5 və 60 milyon avroluq təklifləri rədd edilib.

İtalyan jurnalist Fabrizio Romanonun xəbərinə görə,  Qalatasaray Osimhen üçün Napoliyə 75 milyon avroya qədər təklif edib. Xəbərdə 'Cimbom'un transfer haqqını 5 il ərzində hissə-hissə ödəməyi təklif etdiyi bildirilib. 

Artıq transferlə bağlı son qərarı "Napoli"nin verəcəyi deyilib.

​​​​​​"Cebheinfo.az"