“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış”

“Pəhriz proqramı üçün ödəniş etdim, daha sonra öyrəndim ki, menyunu özü yox, “ChatGPT” yazıbmış”.
"Cebheinfo.az" xəbər verir ki, bunu əvvəllər aparıcılıqla məşğul olan və hazırda ABŞ-də yaşayan Günel Musəvi (Günel Krişnan) instaqram hesabında bildirib.
O, universitet yoldaşının dələduzluğuna məruz qaldığını bildirib: “Adətən antireklam etmirəm, amma istəmirəm ki, kimsə mənim kimi aldansın. Kamranla universitetdən tanış idik, mən arıqlamaq istəyirdim, o, isə biznes qurmaq. Düşündüm ki, bir-birimizi dəstəkləyərik. Dedi ki, həkim və dietoloqlardan ibarət komanda ilə işləyir, hər şey fərdi şəkildə hazırlanır”.
G. Musəvi pəhriz planı üçün 130 dollar (221 AZN) ödəniş etdiyini bildirib: “Pulumu göndərib, analizlərimi paylaşdım. Amma nəticədə “ChatGPT”dən alınmış qrafik və pəhriz planı verildi. Bütün “komanda” sadəcə süni intellekt imiş. Uzun zamandır belə aldanmamışdım. Dərsimi aldım, siz də aldanmayın”.
"Cebheinfo.az"