Paşinyan Əbu-Dabiyə getdi:İlham Əliyevlə görüşmək üçün

Paşinyan Əbu-Dabiyə getdi:İlham Əliyevlə görüşmək üçün

Ermənistan Baş naziri Nikol Paşinyan iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedir.

​​​​​​"Cebheinfo.az"  xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi məlumat yayıb.

Bu gün Əbu Dabidə Nikol Paşinyanın BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed əl Nahyanla görüşü planlaşdırılır.

Məlumata görə, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində Azərbaycan və Ermənistan liderləri iyulun 10-da Əbu-Dabi şəhərində görüşəcək.

Xəzər

​​​​​​"Cebheinfo.az"