Hacıqabul şəhərinin bir hissəsi qazsız qalacaq

Hacıqabul şəhərinin bir hissəsi qazsız qalacaq

Hacıqabul şəhərinin bir hissəsində qaz təchizatı dayandırılacaq.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, diametri 315 mm PE orta təzyiqli "Şəhər dairəvi" yeraltı daşıyıcı qaz kəmərində kipliyin sınağı məqsədilə əlaqədar 10.07.2025-ci il saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Qaz təchizatının məhdudlaşdırılması ilə bağlı bu qərar Hacıqabul şəhərində ümumilikdə 2 919 abonentə şamil ediləcək.

​​​​​​"Cebheinfo.az"