Kremldən yumşalma siqnalı

Kremldən yumşalma siqnalı

Kremlin sözçüsü Dmitri Peskov Rusiya ilə ABŞ arasındakı münasibətlərin inkişafı halında Vaşinqtonun “dost olmayan ölkələr” siyahısından çıxarılmasının mümkün ola biləcəyini açıqlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, Peskovun mətbuat konfransında verdiyi geniş açıqlamalar Rusiya xarici siyasətinin mövcud prioritetlərini üzə çıxarıb. Peskov sabiq nəqliyyat naziri Roman Starovoytun ölümü ilə bağlı araşdırmada bütün ehtimalların masada olduğunu vurğulayaraq, “Hadisə ilə bağlı intihardan qətlə qədər bütün versiyalar araşdırılır”,- deyib. 

Starovoytun vəzifədən azad edildiyi gün ölü tapılması hadisə ilə bağlı fərziyyələri daha da artırıb. Avropa İttifaqının hazırladığı yeni sanksiya paketini diqqətlə izlədiklərini qeyd edən Peskov “Qərbin məhdudiyyətlərinin təsirini minimuma endirmək üçün bütün səylərimizi davam etdirəcəyik. 

Bu illərdə təzyiq altında çox şey öyrəndik”,- ifadəsini işlədib. Rusiya rəsmisi ABŞ sanksiyalarını “qanunsuz” adlandıraraq, bu tədbirlərin iki ölkənin iş dünyasına ziyan vurduğunu bildirib. Rusiya tərəfi ABŞ Prezidenti Donald Trampın Moskva və Kiyev arasında birbaşa danışıqlar prosesi başlatmaq təşəbbüsünü müsbət qarşıladıqlarını açıqlayıb. 

Nigar Hacılı 
"Cebheinfo.az"