Rusiyaya qarşı sanksiya tələb edilir

Demokrat senator Riçard Blumental və onun respublikaçı həmkarı Rocer Marşall Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsinin qəbul edilməsində israrlıdırlar.
"Cebheinfo.az" AZƏRTAC-a istinadən xəbər verir ki, Riçard Blumental NBC News telekanalına müsahibəsində qanun layihəsində nəzərdə tutulan sanksiyaların Vladimir Putinə sərt və sarsıdıcı mesaj olacağını deyib. Onun sözlərinə görə, sənəd tezliklə səsverməyə çıxarılacaq.
Qanun layihəsinin həmmüəllifi, uzun müddətdir Rusiya əleyhinə sanksiyaların tətbiqində israrlı mövqe sərgiləyən respublikaçı Rocer Marşall isə bildirib ki, senatorlar Rusiyaya qarşı sanksiyaları dəstəkləyə biləcəyini deyən ABŞ Prezidenti Donald Trampın mövqeyindən nümunə götürməlidirlər.
"Cebheinfo.az"