Zaxarova: "Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Bakı ilə təmasdayıq"

Zaxarova: "Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Bakı ilə təmasdayıq"

Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Moskva Bakı ilə təmasları davam etdirir.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, saxlanılan Rusiya vətəndaşları ilə bağlı Moskva Azərbaycan tərəfi ilə, o cümlədən hüquq-mühafizə orqanlarının xətti ilə təmasları dəstəkləyir.

“Əminik ki, bütün yaranmış məsələləri tərəfdaşlıq əsasında, mövcud siyasi diplomatik kanallarla həll etmək vacibdir. Məhz bu cür yanaşma ölkələrimizin, xalqlarımızın köklü maraqlarına cavab verir”, - Rusiya XİN sözçüsü vurğulayıb.

​​​​​​"Cebheinfo.az"