Ukraynada Çin vətəndaşları casusluq ittihamı ilə həbs edilib

Ukraynada Çin vətəndaşları casusluq ittihamı ilə həbs edilib

Ukraynada iki Çin vətəndaşı casusluq ittihamı ilə saxlanılıb.

​​​​​​"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, həmin şəxslər Ukraynanın “Neptun” raket kompleksi ilə bağlı məlumatları toplayaraq Çinə ötürməkdə şübhəli bilinir.

Saxlanılan şəxslərin ata və oğul olduqları müəyyən edilib. Oğul – 24 yaşlı gənc, Kiyev universitetinin tələbəsi olub. 2023-cü ildə akademik göstəricilərinin qeyri-qənaətbəxş olması səbəbindən universitetdən xaric edilsə də, Kiyevdə yaşamağa davam edib.

Atasının Çində yaşadığı və oğlunun fəaliyyətinə nəzarət məqsədilə mütəmadi olaraq Ukraynaya səfərlər etdiyi bildirilir. O, sonuncu dəfə iyulun 7-də Ukraynaya gəlib və Kiyevdə yerləşən Çin səfirliyini ziyarət edib.

Sözügedən şəxs bu gün Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

​​​​​​"Cebheinfo.az"