Trampa sülh müqaviləsi barədə nə deyilib?

Trampa sülh müqaviləsi barədə nə deyilib?

“Bir neçə saat əvvəl dövlət katibi Marko Rubio Prezident Donald Trampa yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanacağına ümid etdiyini bildirib. Rubio bu açıqlamanı Trampın siyasəti nəticəsində müxtəlif münaqişələrdə sülhün əldə olunması kontekstində verib”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu öz “Facebook” səhifəsində beynəlxalq ekspert Suren Sarkisyan yazıb.

O, xüsusilə qeyd edib:

"Son aylar müxtəlif kanallar vasitəsilə məlumatlar gəlir ki, Dövlət Departamenti bu istiqamətdə açıq şəkildə deyil, tərəflərlə fəal işləyir. Tramp administrasiyası burada uğur qazanmaq fürsətini görür və bu prosesin nəticəsi olaraq öz bəhrəsini almaq istəyir. Prosesin digər təsirlərdən qorunması üçün danışıqların pərdə arxasında olduğunu istisna etmirəm. ABŞ bu prosesdə müəyyən vasitəçilik rolunu oynayır”.

Əslində indiyə qədər dəfələrlə ABŞ-dən Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dair çağırışlar səsləndirilib. Ağ Ev tərəflər arasında sülhün əldə ediləcəyinə ümidini dəfələrlə vurğulayıb. 

Azərbaycan tərəfinin mövqeyi isə əsasən ondan ibarət olub ki, tərəflər vasitəçi olmadan müzakirələr apara və yekun rəyə gələ bilərlər. Ortada bunun bir neçə uğurlu nümunəsi də olub. Məsələn, Qazax rayonun Ermənistanın işğalı altında olan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Xəzər
“Cebheinfo.az”