"Elmlərdə" AYNA-nın etdiyi dəyişikliklər təhlükə yaratdı

AYNA-nın "Elmlərdə" həyata keçirdiyi son dəyişikliklər təhlükə yaratdı.
"Cebheinfo.az" xəbər verir ki, paytaxtın Hüseyn Cavid prospektində Elmlər metrostansiyasının qarşısında son dəyişikliklərdən sonra velosiped zolağı çəkilib. Bu səbəbdən də avtomobillər birbaşa ikinci zolağa daxil olurlar. Bu da əlavə təhlükə yaradır. Piyadalar isə yeraltı keçidlərdən istifadə etmirlər. Avtobuslar zolaqlardan birini dayanacaq kimi istifadə edir. Bu da başqa bir təhlükə yaradır.
Qeyd edək ki, Elmlər Akademiyası Metro Stansiyasının qarşısından BDU-nun qarşısına qədər parkinqin velosiped zolağı ilə əvəz edilməsi də narazılığa səbəb olmuşdu.
Ətraflı Baku TV-nin süjetində:
"Cebheinfo.az"