Lavrov Şimali Koreyaya səfər edəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu həftəsonu Şimali Koreyaya səfər edəcək.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Məlumata görə, Lavrovun səfəri 11-13 iyul tarixlərində baş tutacaq.
Qeyd edək ki, bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Şimali Koreyaya səfər etmişdi.
"Cebheinfo.az"