Mbappe qida zəhərlənməsi səbəbindən altı kiloqram arıqlayıb

Mbappe qida zəhərlənməsi səbəbindən altı kiloqram arıqlayıb

"Real Madrid"in 26 yaşlı hücumçusu Kilian Mbappe qidadan zəhərləndiyi üçün altı kiloqram çəki itirib.

Oxu.Az xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb.

Qeyd olunur ki, zəhərlənmə səbəbindən o, klublararası dünya çempionatının qrup mərhələsinin bütün oyunlarını buraxıb.

Məlumata görə, zəhərlənməyə futbolçunun komanda ABŞ-yə yola düşməzdən əvvəl yediyi toyuq ətinin tərkibindəki bakteriya səbəb olub.

Xatırladaq ki, iyunun 20-də Mbappe ABŞ-də keçirilən klublararası dünya çempionatı zamanı qastroenterit diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

​​​​​​"Cebheinfo.az"