5,1 milyard manat ipoteka krediti verilib

5,1 milyard manat ipoteka krediti verilib

Bu günədək Azərbaycanda 5,1 milyard manat ipoteka krediti verilib.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, bu barədə fondun baş meneceri Rasim Abdullayev İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) fəaliyyət istiqamətləri üzrə tətbiq edilən mexanizmlərə dair keçirilən təlimdə deyib.

“Bu məbləğin təxminən 70 faizi və yaxud 3,5 milyard manatı fondun (dövlət) xətti ilə 54,8 min şəxsə, 1,6 milyard manatı isə bankların daxili ipoteka proqramları üzrə 12,9 min şəxsə verilib. İpoteka və Kredit Zəmanət Fondu 1294 krediti zəmanətlə təmin edib. İndiyədək fondun xətti ilə verilmiş ipoteka kreditlərinin 32 faizini güzəştli kateqoriyaya aid şəxslər alıb. Kreditlərin 67 faizi gənclərə və gənc ailələrə verilib, 22 faizi isə regionların (52 şəhər və rayon) payına düşüb”, - deyə Rasim Abdullayev vurğulayıb.

​​​​​​"Cebheinfo.az"