Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 9%-dən çox artıb

2025-ci ilin yanvar – iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 703,7 milyon manata yaxın vergi daxil olub, proqnoza 105,7 faiz əməl edilib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd edilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 421,6 milyon manat və ya 5,1 faiz çox olub.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 6 milyard 421,6 milyon manat təşkil edib, proqnoz 103,6 faiz icra olunub. Əvvəlki ilin eyni dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 546,8 milyon manat və ya 9,3 faiz artıb.
Ödənilən vergilərin 73,8 faizi qeyri-neft-qaz sektorunun, 26,2 faizi isə neft-qaz sektorunun payına düşüb.
"Cebheinfo.az"