“Instagram”da ən çox izləyicisi olan kanallarımızın SİYAHISI

Bu dəfə ölkəmizdə telekanallarla bağlı araşdırma apardıq.
“Cebheinfo.az” Azərbaycan ən çox baxılan telekanallarının “Instagram” sosial şəbəkə hesablarında nə qədər izləyiciləri olduğunu araşdırıb.
Maraqlı nəticələrlə qarşılaşdıq. Məsələn, ölkə üzrə sözügedən sosial şəbəkədə ən çox izləyiciyə sahib “Xəzər TV”dir. “CBC Sport” “Instagram”da ən çox izlənilən idman kanalı, “Real TV” isə ən çox izləyicisi olan xəbər kanalı kimi önə çıxır.
Ümumi siyahı isə aşağıdakı kimidir:
1. “Xəzər TV” – 324 min izləyici
2. “ARB” – 145 min izləyici
3. “AzTV” – 119 min izləyici
4. “Real TV” – 108 min izləyici
5. “MTV” – 95 min 400 izləyici
6. “CBC Sport” – 93 min izləyici
7. “ATV” – 80 min 300 izləyici
8. “Space TV” – 72 min 400 izləyici
9. “Mədəniyyət” – 29 min 400 izləyici
10. “ARB 24” – 24 min 800 izləyici.
Elmir
“Cebheinfo.az”