Ərdoğan və Atatürkə görə “Grok” BAĞLANDI

Ərdoğan və Atatürkə görə “Grok” BAĞLANDI

Çərşənbə günü Ankara məhkəməsi İlon Maskın xAI süni intellekt botu “Grok”-a  girişi məhdudlaşdırıb. 

Buna səbəb onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, onun mərhum anası və müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürk haqqında təhqiramiz ifadələr işlətdikdən sonra

“Cebheinfo.az”-ın “A Haber” kanalına istinadən məlumatına görə, bot “X” platformasında istifadəçilərə verdiyi cavablarda türk liderlərinə qarşı kobud və aşağılayıcı ifadələr işlədib. Bundan sonra Ankara sakinləri ictimai asayiş üçün təhlükə olduğunu əsas gətirərək internet qanununun tətbiq edilməsini tələb edərək məhkəməyə müraciət ediblər.

Ankara Cəza Məhkəməsi vəsatəti təmin edib. Türkiyə Telekommunikasiya Qurumu ölkədə “Grok”-a girişi əngəlləmək qərarına gəlib.

Hadisə botun cavablarını siyasi cəhətdən yanlış hala gətirən son “Grok” yeniləməsi ilə bağlı mübahisələr fonunda baş verdi.
“X” hadisədən xəbərdar olduğunu və artıq tədbir gördüyünü bildirib.

"Bu məzmun müəyyən edildikdən sonra “xAI Grok” vasitəsilə nifrət nitqinin yayılmasının qarşısını almaq üçün addımlar atıb", - bəyanatda deyilir.

Xəzər
“Cebheinfo.az”