Yüzlərlə abonentin qaz təchizatı dayandırılacaq

Yüzlərlə abonentin qaz təchizatı dayandırılacaq

Astara rayonunda dörd yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, Astara rayonu ərazisində yerləşən "Ərçivan" qaz paylayıcı stansiyasından qidalanan və Səncərədi-Alaşa kəndlərini təbii qazla təmin edən, uzunluğu 2100 metr olan orta təzyiqli qaz kəmərinin kipliyə sınaqdan keçirilməsi məqsədilə 11 iyul 2025-ci il tarixindən saat 10:00-dan başlayaraq işlər başa çatanadək Səncərədi, Alaşa, Züngüləş və Bəndəsər kəndləri də daxil olmaqla ümumilikdə dörd yaşayış məntəqəsində 650 abonentin qaz təchizatının müvəqqəti olaraq dayandırılması planlaşdırılır.

​​​​​​"Cebheinfo.az"