“Bu, qiymət artımı deyil, xərcləri əhali arasında düzgün bölməkdir” - VİDEO

“Bu, qiymət artımı deyil, xərcləri əhali arasında düzgün bölməkdir” - VİDEO

Azərbaycanda elektrik və qaz tarifləri ilə bağlı yeni mexanizm qüvvəyə minir.

Artıq vətəndaşlar yalnız istifadə etdikləri enerji miqdarına görə deyil, həm də sistemə qoşulu olduqlarına görə sabit aylıq ödəniş edəcəklər. Gözləntilər ondan ibarətdir ki, yeni tarif sisteminin tətbiqindən sonra enerji təchizatı ilə bağlı xidmətlərin maliyyə dayanıqlığı təmin ediləcək və infrastrukturun istismarı xərcləri balanslaşdıracaq. 

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, millət vəkili Azər Badamovun İTV-yə bildirdiyinə görə, sabit tarif hər bir abonentin qazdan istifadə olunub-olunmamasından asılı olmayaraq aylıq ödəniləcək məbləğdir:

“İclasda qeyd olundu ki, bu, 1 manatdan aşağı bir məbləğ olacaq. Hər bir abonent qazı istifadə edib-etməməsindən asılı olmayaraq hər ay bu məbləği ödəməli olacaq. Bu, vətəndaşların fasiləsiz və keyfiyyətli qaz təchizatına yol açacaq bir qanundur”. 

Energetika nazirinin müavini Orxan Zeynalov isə bildirib ki, sabit tarifin tətbiqində əsas məqsəd xidmət keyfiyyətinin artırılması və xərclərin istehlakçılar arasında ədalətli bölünməsidir.

Ekspert Xalid Kərimli isə hesab edirlər ki bu, həm də kommunal xidmətlərin qiymətinin artmasının da qarşısını ala bilər. Bu, qurumlara əlavə xərcləri qarşılamağa imkan verəcək:

“Kim xidmətdən daha çox istifadə edirsə, bu, onun daha çox ödəməsi üzərində qurulub. Bu qiymət artımı deyil. Həm hesabat sistemində beynəlxalq təcrübəyə uyğunlaşdırılma, həm də xərclərin ödənilməsinin əhali kütləsi arasında daha düzgün bölünməsidir”.

Daha ətraflı süjetdə:

​​​​​​"Cebheinfo.az"