Çin İrana raket sistemlərinin ötürülməsini təkzib etdi

Çinin Tel-Əvivdəki səfirliyi Pekinin İrana hava hücumundan müdafiə sistemləri verdiyi ilə bağlı yayılan xəbəri rədd edib.
"Cebheinfo.az" xəbər verir ki, Çinin Tel-Əviv səfirliyi “Israel Hayom” qəzetinin sorğusuna verdiyi yazılı cavabda, Pekinin İrana belə bir sistem verdiyi ilə bağlı xəbərin doğru olmadığı qeyd olunub.
Açıqlamada Çin tərəfi bildirib ki, Pekin “müharibə aparan ölkələrə heç vaxt silah ixrac etmir”.
Qeyd edək ki, Middle East Eye xəbər portalı adı açıqlanmayan mənbələrə istinadən yaydığı məlumatda, İsraillə əldə olunan atəşkəsdən sonra Çinin İrana yerdən-havaya tipli müdafiə sistemləri verdiyini iddia etmişdi.
Nigar Hacılı
"Cebheinfo.az"