Türkiyədə bu bələdiyyə rəsmiləri vəzifələrindən uzaqlaşdırıldı

Türkiyədə Adana Böyükşəhər Bələdiyyə sədri Zeydan Karalar və Büyükçekmece Bələdiyyə sədrinin müavini Ahmet Şahin tutduqları vəzifələrdən kənarlaşdırılıblar.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Zeydan Karalar və Ahmet Şahin İstanbul Prokurorluğunun İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı apardığı korrupsiya təhqiqat çərçivəsində saxlanılaraq həbs ediliblər.
"Cebheinfo.az"