Gəncədən Moskvaya olan uçuş təxirə salındı - Təyyarədə nasazlıq

Gəncədən Moskvaya olan uçuş təxirə salındı - Təyyarədə nasazlıq

Bu gün Gəncə şəhər Beynalxalq Hava Limanından Rusiyanın Vnukovo aeroportuna uçması gözlənilən aviareys təxirə düşüb. 

Bu barədə “Qafqazinfo”ya sərnişinlərdən biri məlumat verib. 

Məlumata görə, bu gün saat 18:00-da olan uçuş sabah saat 12:00-dək təxirə düşüb. 

Sərnişinlərin bir qismi Gəncə şəhərindəki hotellərə yerləşdirilib. İlkin ehtimal olaraq “Utair” aviaşirkətinə məxsus təyyarədə yaranan texniki nasazlıq əsas göstərilir. Təyyarədə 118 sərnişinin uçması gözlənilirdi.

"Cebheinfo.az"