MİT rəhbəri İraqda: Gündəmdə terrorsuz Türkiyə var

MİT rəhbəri İraqda: Gündəmdə terrorsuz Türkiyə var

Türkiyə Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalının diplomatik görüşlər üçün dünən İraqın paytaxtı Bağdada getdiyi bildirilib. 

"Cebheinfo.az" xəbər verir ki, ölkə əhbərliyi ilə keçirilən görüşlərdə ən vacib gündəm maddəsinin “terrorsuz Türkiyə” prosesi olduğu qeyd edilib. Kalın İraq Baş naziri Mühəmməd Şia Sudani ilə görüş keçirib və İraq Prezidenti Əbdüllətif Cəmal Rəşid ilə də bir araya gəlib. Kalının Rəşidlə görüşünə İraq Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynin də qatılıb.

“CNN Türk”-ün xəbərinə görə, görüşlərdə İraq rəhbərliyi ilə qarşılıqlı olaraq sərhəd təhlükəsizliyi, bölgənin terrordan təmizlənməsi və terrorun regional gündəmdən çıxarılması üçün yaxın dövrdə atılacaq ortaq addımlar müzakirə edilib. 

Kalın görüşlərində İraq müdafiə naziri Sabit Bişar, İraq Milli Kəşfiyyat Xidmətinin rəhbəri Hamid Şatri, İraq Suverenlik İttifaqının lideri Xamis Hançer və İraq Nümayəndələr Məclisinin rəhbəri Mahmud Məşhədani ilə də görüşüb. Görüşlərdə Türkiyəyə tam dəstək verildiyini vurğulanıb. 

Tərəflər İran və İsrail arasındakı qarşıdurma və atəşkəs prosesini də müzakirə ediblər. Kalın İraq Türkmən Cəbhəsinin (ITC) rəhbəri M. Seman Ağaoğlu və ITC rəhbərliyi ilə də görüşərək türkmənlərin təhlükəsizliyi və seçki prosesi ilə bağlı məlumat alıb. 

Nigar Hacılı 
"Cebheinfo.az"