"QHT işi" üzrə tutulan iki nəfərin həbs müddəti uzadılıb - YENİLƏNİB

"QHT işi" üzrə tutulan iki nəfərin həbs müddəti uzadılıb - YENİLƏNİB

Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.

​​​​​​"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində təqdimata baxılıb.

Məhkəmə təqdimatı təmin edib və Asəf Əhmədov barəsində olan həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə ittiham olunur.

***

11:38

"Seçki Müşahidə" Alyansının rəhbəri Məmməd Məmmədzadə (Məmməd Alpay) barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.

APA xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində təqdimata baxılıb.

Məhkəmə təqdimatı təmin edib və Məmməd Məmmədzadə barəsində olan həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.

Qeyd edək ki, Məmməd Məmmədzadə bu ilin mart ayında saxlanılıb və Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

​​​​​​"Cebheinfo.az"