“Xərçəngin qarşısını almaq olar”: Həkimdən diqqətçəkən AÇIQLAMA

“Xərçəngin qarşısını almaq olar”: Həkimdən diqqətçəkən AÇIQLAMA

Ötən il Azərbaycanda 73 875 nəfər xərçəng xəstəsi kimi qeydiyyatda olub.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2024-cü ildə tibb müəssisələrində bədxassəli yenitörəmə diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 73 875 olub.

Məlumata əsasən, onlardan 28 098 nəfəri kişi, 45 777 nəfəri isə qadın olub.

Qeyd edilib ki, 2023-cü ildə isə qeydiyyatda olan xərçəng xəstələrinin sayı 69 435 nəfər olub ki, onlardan 25 840 nəfəri kişi, 43 595 nəfəri isə qadın olub.

Bir il ərizində xərçəng xəstələrinin sayı 5 minə qədər artıb. Bunun səbəbi nədir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında tanınmış həkim-onkoloq İbrahim Əsədli bildirib ki, xərçəng xəstəliklərinin artma səbəbləri həm obyektiv, həm də subyektiv amillərlə bağlıdır:

“Obyektiv səbəblərindən biri ətraf mühitin ekoloji vəziyyətinin ciddi şəkildə pisləşməsidir. Bu da orqanizmin daxili ekologiyasına mənfi təsir göstərir, pisləşdirir. Xərçəngin yaranma səbəblərindən biri də məhz bu daxili tarazlığın, yəni orqanizmin ahənginin pozulmasıdır. Bu sahədə iki yanaşma mövcuddur. Birincisi, rəsmi onkoloji yanaşmadır, digəri isə doğru yanaşmadır”. 

Həkim qeyd edib ki, xərçəngin 500-dən çox müalicə üsulu var, amma bunlar rəsmi protokollarda yoxdur:

“Rəsmi yanaşmaya görə xərçəngin müalicəsi üç əsas üsulla aparılır. Amma doğruda 500-dən çox üsul var. Təəssüf ki, bu üsullar rəsmi protokollara daxil edilmir.

Biz xərçəngin qarşısını necə almaq lazım olduğunu bilirik. Bu istiqamətdə dəfələrlə Səhiyyə Nazirliyinə proqramlar təqdim etmişik.

Lakin buna heç kəsin marağı yoxdur deyə, beynəlxalq güclərin və onların əlaltıları Azərbaycan xalqını məhv edirlər. Təəssüf ki, belə olduğu təqdirdə bu proses davam edəcək və xəstəliyin yayılması daha da artacaq".

Əfsanə Rəcəb
“Cebheinfo.az”