Bu şəhərdə əməliyyat keçirildi: Saxlanılan var

Sumqayıt şəhərində quldurluq hadisəsi baş verib.
Bu barədə DİN-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 8-də naməlum şəxs 63 yaşlı qadının 6000 manatını fiziki zor tətbiq edərək talayıb.
Daxil olmuş müraciət əsasında Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 26 yaşlı V.Cavadov saxlanılıb.
Araşdırma aparılır.
"Cebheinfo.az"