Bu ölkələr Ramazan bayramını sabah qeyd edəcək

Bu ölkələr Ramazan bayramını sabah qeyd edəcək

İordaniya, Suriya, Misir, İraq, Oman, Tunis, Liviya və Əlcəzairdə ayparanın görünməməsi səbəbindən Ramazan bayramı bazar ertəsi günü qeyd olunacaq.

"Cebheinfo.az" xəbər verir ki, bəzi İslam ölkələri bayramı fərqli günlərdə qeyd edirlər, çünki onlar ayparanın dünyanın hər hansı yerində görünməsinə deyil, öz ölkələrində görünməsinə üstünlük verirlər.

İordaniya, Suriya, Misir, İraq, Oman, Tunis, Liviya və Əlcəzairdə aypara görünmədiyi üçün Ramazan bayramı 31 mart bazar ertəsi qeyd olunacaq. 

Nigar Hacılı 
"Cebheinfo.az"