Avtovağzalın qarşısında çantadan 4000 dollar oğurlanıb

Avtovağzalın qarşısında çantadan 4000 dollar oğurlanıb

Mayın 31-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında Bakı şəhər sakini olan bir nəfərin çantasından 500 manat və 4000 ABŞ dollarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən Cebhe.info-ya verilən məlumata görə, Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Tovuz rayon sakini Elvin Namazov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Cebhe.info