Bakıda avtomobil 41 yaşlı qadını vurub

Bakıda avtomobil 41 yaşlı qadını vurub

Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, yolu keçən piyada, 1982-ci il təvəllüdlü Məhərrəmova Səlimə Ələddin qızını avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş beyinin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info