Daha bir qazi FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ - FOTO

Daha bir qazi FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ - FOTO

Mayın 18-i saat 20 radələrində Neftçala şəhəri, H.Əliyev prospekti ərazisində 1954-cü il təvəllüdlü, Neftçala şəhər sakini Yusifov Cavanşir Xəlil oğlunun idarə etdiyi “İj-Yupiter 5” markalı motosikletlə 1995-ci il təvəllüdlü, rayonun Bankə qəsəbə sakini, Vətən Müharibəsi qazisi Məmmədov Əli İnqilab oğlunun idarə etdiyi “SKYGO” markalı moped toqquşub.

Nəticədə hər iki sürücü “qapalı kəllə-beyin travması, baş beynin ağır dərəcədə əzilməsi” diaqnozu ilə Neftçala rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Mayın 27-si saat 13 radələrində Əli Məmmədov aldığı bədən xəsarətləri nəticəsində adı çəkilən xəstəxanada ölüb.

Faktla bağlı Neftçala rayon polis şöbəsində CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır./Referans.az

Cebhe.info