Oğuzda 3 qumbara aşkarlanıb - FOTO

Oğuzda 3 qumbara aşkarlanıb - FOTO

Oğuzda qumbara və sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Qumlaq kəndində kolluq ərazidən 3 ədəd əl qumbarası, 3 ədəd avtomat silahına məxsus daraq və 389 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"