Qadını görüntüləri ilə şantaj edən şəxs saxlanıldı

Bakı şəhər sakini olan qadın bir nəfərin onun görüntülərini sosial şəbəkələrdə yayacağı ilə hədələyərək 500 manatını alması barədə polisə müraciət edib.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən T.Nəcəfov müəyyən olunaraq saxlanılıb.
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
"Cebhe.info"