Uşaq xəstəxanasının həyətindən körpə meyiti tapıldı- YENİLƏNİB-2

Uşaq xəstəxanasının həyətindən körpə meyiti tapıldı- YENİLƏNİB-2

Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə saat 16:25-də mühafizəçi tərəfindən keçirilən baxış zamanı 33-36 həftəlik döl aşkar edilib.

Sumqayıt Tibb Mərkəzindən "Report"un yerli bürosuna məlumat verilib ki, hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib. Hadisəyə müvafiq hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.

***

18:17

Martın 27-də Sumqayıt Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə 33-36 həftəlik dölün aşkar edilməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə "Cebhe.info"ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

***

17:29

Sumqayıtda xəstəxananın həyətindən körpə meyiti aşkarlanıb.

Bu barədə “Report”un yerli bürosu xəbər verir.

Meyit Sumqayıt Uşaq Xəstəxananın həyətində tapılıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"