Altı qol vuruldu, “Yuventus”məğlub oldu - VİDEO

İtaliya A Seriyasının V turunda “Yuventus” “Sassuolo”nun qonağı olub.
Altı qolun vurulduğu qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 4:2.
“Sassuolo”nun heyətində Armand Lauriente, Domeniko Berardi və Andrea Pinamonti fərqləniblər. Daha bir topu Turin klubunun heyətində Federiko Qatti öz qapısından keçirib. Meydan sahiblərinin heyətində isə Matias Vina qapıları səhv salıb. “Zebralar”ın digər qoluna Federiko Kyeza imza atıb.
Bu məğlubiyyətdən sonra 10 xalda qalan “Yuve” beşincidir. Xallarını altıya çatdıran “Sassuolo” 11-ci yerə yüksəlib.
Cebhe.info