AVRO-2024: İngiltərə - Slovakiya matçında hesab açılıb - YENİLƏNİB 2

AVRO-2024: İngiltərə - Slovakiya matçında hesab açılıb - YENİLƏNİB 2

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İngiltərə - Slovakiya matçında hesab açılıb.

İvan Şrants 25-ci dəqiqədə Slovakiya yığmasını hesabda önə çıxarıb.

Qeyd edək ki, matçı türkiyəli referi Halil Umut Meler idarə edir.

20:00

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində günün ilk - İngiltərə - Slovakiya matçı start götürüb.

Qarşılaşma Helzenkirhen şəhərindəki "Feltins Arena"da keçirilir.

Qeyd edək ki, matçı türkiyəli referi Halil Umut Meler idarə edir.

"Cebhe.info"