Azərbaycanlı hakim EEVZA çempionatına təyinat alıb

Azərbaycanlı hakim EEVZA çempionatına təyinat alıb

Beynəlxalq dərəcəli hakim Zaur Hacıyev Latviyanın Dauqavpils şəhərində 18 yaşadək voleybolçu qızlar arasında keçiriləcək Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında hakimlik edəcək.

Turnirdə Azərbaycan, Gürcüstan, Latviya, Ukrayna, Litva, Estoniya və Polşa yığmaları mübarizə aparacaqlar.

Bu gün startı veriləcək çempionata noyabrın 26-da yekun vurulacaq.

Cebhe.info