“Bayern”  -  “Qalatasaray” matçının hakimi cəzalandırıldı

“Bayern”  -  “Qalatasaray” matçının hakimi cəzalandırıldı

Çempionlar Liqasının “A” qrupunun 4-cü turu çərçivəsində keçirilən “Bayern Münhen” – “Qalatasaray” matçında kritik səhvlərə yol verən baş hakim Antonio Nobre cəzalandırılıb.

Cebhe.info xəbər verir ki, matçın ardından İstanbul klubu UEFA-ya 5 səhifəlik şikayət məktubu göndərib. 

Şikayətin ardından polşalı baş hakimə cəza verilib. Belə ki, onun bundan sonra Çempionlar Liqası matçlarını idarə etməyəcəyi məlum olub.

Xatırladaq ki, “Bayern Münhen” – “Qalatasaray” matçında Harri Keynin İstanbul klubuna vurduğu mübahisəli qolun VAR görüntüləri təqdim olunmamışdı.

Həmin qolun “ofsayt” olması ilə bağlı xeyli etirazlar səsləndirilir. Hətta yan xətt hakimi də bayrağını havaya qaldırmışdı.

Həmçinin, Deyvisə ikinci sarı kart göstərilməməsi də “Cim-Bom”un sərt təpkilərinə səbəb olmuşdu.

Elmir Mustafa 
Cebhe.info