"Beşiktaş"ın yeni baş məşqçisi kim olacaq?

"Beşiktaş"ın yeni baş məşqçisi kim olacaq?

Türkiyənin "Beşiktaş" klubu yeni baş məşqçi axtarışlarını davam etdirir.

"Cebhe.info" xəbər verir ki, İstanbul klubunun əsas hədəfi sabiq baş məşqçisi Sergen Yalçındır.

Mövsüm sonunda "Antalyaspor"la müqaviləsi başa çatacaq mütəxəssisin "Beşiktaş"a qayıtması gözlənilir. Lakin ehtiyat variantlar da mövcuddur. Belə ki, "ağ-qaralar"ın gündəmində Şenol Günəş və Nuri Şahin də var.

Bu barədə klubun prezidenti Həsən Arat açıqlama verib. O, gündəmlərində hazırda 3 namizədin olduğunu deyib:

"Sergen Yalçın da, Şenol Günəş də "Beşiktaş"ın dəyərli simalarıdır. Hər iki uğurlu mütəxəssis də gündəmimizdədir. 23 maydan sonra namizədlərlə görüşəcəyik. Həmçinin, Nuri Şahin də düşündüyümüz mütəxəssislərdən biridir. O, Çempionlar Liqasının finalındakı ilk türk köməkçi məşqçidir. Sergen Yalçın, Şenol Güneş və Nuri Şahin Türkiyənin qiymətliləridir". 

Elmir Mustafa
"Cebhe.info"