"Fənərbaxça"nın yeni forması narazılıq yaratdı  

"Fənərbaxça"nın yeni forması narazılıq yaratdı  

"Fənərbaxça" oyunçularının yeni mövsümdə geyinəcəyi iddia edilən formaların fotolarını azarkeşlər birmənalı qarşılanmayıblar.

Cebhe.info xəbər verir ki, azarkeşlər paylaşılan yeni dizaynlı formanı bəyənməyiblər.

Sosial şəbəkələrdə azarkeşlər bunun əsl forma olmayacağına ümid etdiklərini bildiriblər.

Formanın üzərindəki 5 ulduz detalı diqqət çəkərkən, sponsorunun "Otokoç" olması da diqqətdən qaçmayıb.

Qeyd edək ki, "Fənərbaxça"nın hər il olduğu kimi 19 iyulda yeni mövsüm formalarını nümayiş etdirməsi gözlənilir.

Günay Şahmar
Cebhe.info