FIFA "Yuventus"un sabiq idarəçilərinə qarşı sanksiyaları genişləndirib

FIFA "Yuventus"un sabiq idarəçilərinə qarşı sanksiyaları genişləndirib

FIFA İtaliyanın "Yuventus" klubunun sabiq idarəçilərinə qarşı sanksiyaları genişləndirib.

Bu barədə yerli jurnalist Canluka Di Martsio bildirib.

Cəzalar əvvəl yalnız ölkə futbolu üçün tətbiq edilsə də, FIFA-nın himayəsindəki bütün yarışlara da şamil olunub.

Turin təmsilçisinin sabiq prezidenti Andrea Anyelli və keçmiş baş direktor Mauritsio Arrivabene iki il, vitse-prezident Pavel Nedved səkkiz ay, idman direktoru Fabio Paratiçi 2,5 il müddətinə futboldan uzaqlaşdırılıb. Onlar futbolçuların transferi zamanı saxta maliyyə hesabatları hazırlamaqda ittiham ediliblər.

Beləliklə, "Tottenhem"in direktoru Paratiçi bundan sonra İngiltərə futbolunda da işləyə bilməyəcək.

Cebhe.info