İkardi "Qalatasaray"da qalır?

İkardi "Qalatasaray"da qalır?

"Qalatasaray"ın prezidenti Dursun Özbək Mauro İkardinin klubdan ayrılıb-ayrılmayacağı ilə açıqlama verib.

Cebhe.info xəbər verir ki, o, danışıqların davam etdiyini söyləyib:

"Siz İkardinin necə sevildiyini gördünüz. Hər kəsin çox sevdiyi, son dərəcə alicənab və fərqli bir hücumçudur. Onun "Qalatasaray"da qalması üçün çalışırıq. Erkən danışmadan var gücümüzlə çalışırıq ki, onu saxlayaq. ümid edirəm ki, yaxşı olacaq".

Qeyd edək ki, Türkiyə Super Liqasında 2022/2023 mövsümünün çempionu “Qalatasaray” olub. “Sarı-qırmızılar” səfərdə “Ankaragücü”nü 4:1 hesabı ilə məğlub etməklə çempionluğunu vaxtından əvvəl təmin edib.

Bu, İstanbul təmsilçisinin 23-cü çempionluğudur.

Naibə
Cebhe.info