İslandiya - Azərbaycan matçının da məkanı bəlli oldu

İslandiya - Azərbaycan matçının da məkanı bəlli oldu

Futbol üzrə DÇ-2026-nın seçmə mərhələsinin İslandiya - Azərbaycan matçının məkanı müəyyənləşib.

"Cebheinfo.az"a UEFA-ya istinadən xəbər verir ki, matç sentyabrın 5-i Reykyavik şəhərindəki “Laugardalsvöllur” arenasında keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Bu, hər iki komandanın seçmə mərhələdə ilk oyunu olacaq. 

İslandiyanın ən böyük stadionu olan bu arenanın 15 min tamaşaçı tutumu var.

Qeyd edək ki, bu gün AFFA seçmə mərhələnin Azərbaycan - Ukrayna matçının sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəyini açıqlayıb.

Milli komandamızın qrupdakı digər rəqibi Fransaya qarşı oyunlarının, eləcə də Ukrayna ilə səfər, İslandiya ilə evdəki matçlarının məkanları isə hələ təsdiqlənməyib.

"Cebheinfo.az"