Qapı dirəyinə dəydi, komaya düşdü - FOTOLAR

“Nottingem Forest”in hücumçusu Tayvo Avoniyinin vəziyyəti pisləşib.
"Cebheinfo.az" xəbər verir ki, Premyer Liqanın 36-cı turunda “Lester”lə 1:1 hesabı ilə bitən oyunda qapı dirəyinə çırpılan forvard komaya düşüb.
O, toqquşmadan dərhal sonra xəstəxanaya aparılmışdı və qarın nahiyəsindən əməliyyat edilmişdi.
27 yaşlı nigeriyalının durumu dünən gecə pisləşib. Həkimlər komaya düşən oyunçu barədə başqa bilgi vermir.
"Cebheinfo.az"