Olimpiya çempionu saxlanıldı

Olimpiya çempionu saxlanıldı

Sərbəst güləş üzrə Olimpiya çempionu, amerikalı Kayl Snayder insan alverinə qarşı mübarizə əməliyyatı zamanı saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb .

O, ittihamda adı hallanan 16 nəfərdən biridir.

Əməliyyat Kolumbusda keçirilib. İdmançı əxlaqsızlığı təbliğ edən onlayn reklam platformasında qeyd olunan nömrəyə zəng edərək görüş təyin edib. Bu hadisədən sonra o saxlanılıb, lakin daha sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Kayl Snayderin 29 yaşı var. O, 2016-cı ildə Rio-de-Janeyroda keçirilən olimpiadada qızıl, Tokio-2020-də isə gümüş medal qazanıb. Snayderin hesabında dünya çempionatının üç qızıl medalı da var.

“Cebheinfo.az”