Çin ABŞ ilə əməkdaşlığın şərtlərini açıqladı

"Əgər ABŞ Pekinlə, həqiqətən, əməkdaşlıq etməkdə maraqlıdırsa, o zaman Vaşinqton fentanil (narkotik maddə - red.) böhranına görə Çini ittiham etməyi dayandırmalıdır".
Oxu.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Szyan bildirib.
ABŞ-yə narkotik qaçaqmalçılığı səbəbindən Çin mallarına tətbiq edilən 20 faizlik rüsumu şərh edən Lin Szyan vurğulayıb ki, fentanil böhranına görə məsuliyyət yalnız ABŞ tərəfinin üzərinə düşür.
"Əgər ABŞ, həqiqətən, Çinlə əməkdaşlıq etmək istəyirsə, Çini ləkələməkdən və günahı Çinə atmaqdan əl çəkməli, Çin tərəfi ilə bərabərlik, hörmət və qarşılıqlı fayda əsasında dialoqa başlamalıdır", - deyə o qeyd edib.
Lin Szyan, həmçinin bildirib ki, ABŞ hakimiyyətinin əsassız gömrük rüsumları tətbiq etməsi Çin tərəfinin maraqlarına ciddi ziyan vurub.
“Cebheinfo.az”