Azərbaycan klublarının UEFA reytinqindəki mövqeyi bəlli olub

Azərbaycan klublarının UEFA reytinqindəki mövqeyi bəlli olub

Azərbaycan klublarının UEFA reytinqindəki mövqeyi açıqlanıb, təmsilçilərimiz arasında ən yaxşı nəticə hazırda 69-cu pillədə olan "Qarabağ"a məxsusdur.

“Cebheinfo.az” xəbər verir ki, Qurban Qurbanovun yetirmələri "Atletik Bilbao" (İspaniya), "Frayburq" (Almaniya), "Anderlext" (Belçika), "Beşiktaş" (Türkiyə), "Nyukasl Yunayted" və "Brayton" (hər ikisi İngiltərə) kimi klubları qabaqlayıblar.

Son 5 mövsümün nəticələrinə əsasən tərtib olunan reytinqində Ağdam təmsilçisinin hesabında 32.000 xal var.

Azərbaycanın digər klublarından "Neftçi" (8.000 xal) 187-ci, "Zirə" (4.000 xal) 318-ci, "Sabah" (4.000 xal) 319-cu, "Sumqayıt" (4.000 xal) 323-cü, "Qəbələ" (3.000 xal) 337-ci, əvvəllər "İnter" və "Keşlə" adları ilə fəaliyyət göstərmiş "Şamaxı" (2.500 xal) isə 338-ci yerdədir.

Qeyd edək ki, Avropanın 427 klubunun yer aldığı siyahının ilk pilləsində 143.500 xalla İspaniya təmsilçisi "Real Madrid" qərarlaşıb. İngiltərədən "Mançester Siti" (137.750 xal) ikinci, Almaniyadan "Bavariya" isə (135.250 xal) üçüncüdür.

“Cebheinfo.az”