BMT-dən PKK-nın ləğvinə REAKSİYA

“PKK-nın tərksilah və dağılma qərarı uzun müddətdir davam edən münaqişənin həlli üçün son dərəcə əhəmiyyətlidir”.
"Cebheinfo.az" xəbər verir ki, bunu BMT Baş Katibi Antonio Quterreşin sözçüsü Stephane Dujarrik deyib.
“Baş katib PKK-nın tərksilah və özünü dağıtma qərarını alqışlayır”, - deyə o bildirib.
Kürd kanalı "Rudaw"-a danışan Stephane Dujarrik, bu qərarın həyata keçirilməsinin bölgədə sülhə töhfə verəcəyini söylədi və əlavə edib:
"Bu qərar, həyata keçirildiyi təqdirdə, sülh yolu ilə həll üçün kritik bir eşik olacaq".
Nyu-Yorkda keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Dujarrik Birləşmiş Millətlər Təşkilatının birbaşa nəzarət rolunu öz üzərinə götürməyəcəyi sualına dəqiq cavab verib:
"Bir türk qəzetində silahların BMT nəzarəti altında təhvil veriləcəyi ilə bağlı xəbər gördüm. BMT-nin İraqdakı missiyamızla apardığımız müzakirələr fonunda deyə bilərəm ki, bu məlumat doğru deyil".
Dujarrik BMT-nin tələb olunarsa prosesə dəstək verməyə hazır olduğunu vurğulayaraq, "Bizim prioritetimiz prosesin bütün tərəflər tərəfindən mənimsənilməsi və həyata keçirilməyə davam etməsidir" deyib.
Nigar Hacılı
"Cebheinfo.az"