Çin "Boeing"ə qoyulan qadağanı aradan qaldırdı

Çin "Boeing"ə qoyulan qadağanı aradan qaldırdı

Çin hökuməti ABŞ-nin "Boeing Co." təyyarələrinin tədarükünə qoyulan qadağanı aradan qaldırıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bloomberg" nəşri məlumatlı mənbələrə istinadən yazıb.

Çin rəsmiləri yerli daşıyıcılara və hakimiyyət orqanlarına çatdırılmaların bu həftə bərpa oluna biləcəyi ilə bağlı məlumat verməyə başlayıblar.

Mənbələrdən birinin sözlərinə görə, aviaşirkətlərə çatdırılmaların tarixini və şərtlərini özlərinin müəyyən etməsinə imkan verilib.

Qeyd edək ki, tədarük qadağası təxminən bir ay əvvəl tətbiq edilib. Çinli müştərilər bəzi təyyarələrdən imtina etmişdi və məhsullar ABŞ-yə qaytarılmışdı.

"Boeing" Çinə çatdırılmasını gözləyən təyyarələr üçün başqa alıcılar tapmağa hazır olduğunu bildirmişdi. Malayziya və Səudiyyə Ərəbistanından şirkətlər yeni "737 Max" təyyarələrinə maraq göstərirdilər.

Bu il Çinə 50-yə yaxın "Boeing" təyyarəsinin çatdırılması planlaşdırılır.

“Cebheinfo.az”