Xalq artisti: "Kiməm ki, məni axtarsınlar"

Xalq artisti: "Kiməm ki, məni axtarsınlar"

“Hələ də müalicə alıram. Qolumu gipsə qoymayıblar, sarğıdadır. Hər gün həkimə gedib-gəlirəm. İynələrimin hamısı damar iynələridir. Sol tərəfim işləmir, buna görə yıxıldım. İşləməyən qolum qırılıb”.

“Cebheinfo.az” pravda.az-a istinadən xəbər verir ki, bunu Xalq artisti Fatma Mahmudova deyib.

O, sənət dostlarının onu arayıb-axtarmamalarından gileylənib:

“Kiməm ki, məni axtarsınlar. Neynirlər məni axtarıb? Axtardıqlarını axtarırlar. Elə-belə yoldan ötən bir adamam...”

“Cebheinfo.az”