Əş-Şəraa sabah Səudiyyə Ərəbistanında Trampla görüşə bilər

Suriyanın müvəqqəti prezidenti Əhməd Əş-Şəraa mayın 14-də Səudiyyə Ərəbistanına səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşə bilər.
Bu barədə BƏƏ-nin “The National” qəzeti yazıb.
Nəşrin Suriya XİN-dəki mənbəsinin sözlərinə görə, Ər-Riyad Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının sammiti çərçivəsində Tramp və əş-Şəraa arasında 45 dəqiqəlik görüş keçirməyi təklif edib.
Qeyd olunub ki, ABŞ lideri Dəməşqdəki yeni administrasiya başçısını "dinləməyə razılaşıb", lakin ABŞ hələ rəsmi olaraq görüşü təsdiqləməyib.
"Cebheinfo.az"