Kreml: Rusiya Ukrayna ilə İstanbul danışıqlarına hazırlaşır

15 may tarixində İstanbulda keçirilməsi planlaşdırılan sülh görüşmələrində Rusiya Prezidenti Vladimir Putinin iştirak edib-etməyəcəyi ilə bağlı Kremldən açıqlama verilib.
“Cebheinfo.az” xəbər verir ki, Kremlin açıqlamasında Türkiyədə keçiriləcək danışıqlara qatılacaq Rusiya nümayəndə heyətinin hazırlandığı bildirilib.
Qeyd olunub ki, Türkiyədə keçiriləcək görüşlərə qatılacaq Rusiya heyəti hazırlanır:
“Prezident Putin uyğun hesab etdiyi zaman bu görüşlərdə Rusiyanı kimin təmsil edəcəyini elan edəcəyik”.
Bu bəyanatla Putinin İstanbul görüşünə şəxsən qatılmayacağı rəsmiləşib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin son günlərdə, 2022-ci ildən bəri davam edən Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün İstanbulda birbaşa danışıqların keçirilməsini təklif edib.
O, heç bir ilkin şərt olmadan müzakirəyə açıq olduğunu bəyan edib. Ukrayna tərəfi bu təklifi qəbul edib.
Ukrayna Prezidenti Volodimir Zelenski də 15 mayda İstanbulda olacağını açıqlayıb və görüşə yalnız Putinlə birbaşa dialoq məqsədilə qatılacağını bildirib.
O, cümə axşamı verdiyi bəyanatında vurğulayıb:
“İstanbulda yalnız Putinlə görüşərəm. Rusiya nümayəndə heyətinin digər üzvləri ilə heç bir təmasım olmayacaq”.
Zelenskinin bu mövqeyindən sonra Kremldən yenidən açıqlama verilib və Rusiya heyətinin hazırlandığı, lakin Putinlə bağlı qərarın sonradan veriləcəyi bildirilib.
“Reuters” agentliyinə danışan Ukraynalı mənbələr də Zelenskinin eyni mövqeyini təkrar etdiyini qeyd ediblər:
“Cümə axşamı İstanbulda yalnız Putinlə görüşəcəyəm. Rusiya heyətinin digər üzvləri ilə görüşməyəcəyəm”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”